Jun 25, 2023 | 11:40 Mühüm hadisələr
Şabran rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Şabranda “Zamanı xalqının xilaskarlığına yönəldən dahi...!” adlı konfrans keçirilib.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, ictimai-siyasi və humanitar məsələlər üzrə müavin İlkin Ağayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xalidə Əliyeva, Əməkdar elm xadimi, YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP Fəlsəfə və Sosiologiya İnstitutunun ərazi partiya təşkilatının sədri Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin sədri Qərib Usubov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsinin sədri Aysel Meylaverdiyeva, eləcə də idarə, təşkilat və müəssisə rəhbərləri iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Müstəqil Azərbaycan və ürəklərdə əbədiləşən şəxsiyyət“ adlı əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər. Daha sonra tədbir açıq elan edilib və Dövlət Himni səsləndirildikdən sonra, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, professor Şahlar Əsgərov, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatının sədri Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov öz çıxışlarında qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərinin, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığı, müstəqilliyimizin məhz Ulu Öndər Heydər Əliyevin sayəsində əbədi və dönməz xarakter aldığı və ölkəmizin dünyada layiq olduğu mövqeyə dahi şəxsiyyətin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və yenilməz iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində nail olduğu vurğulanıb. Bu əsasda natiqlər müqayisəli təhlillər və fikir mübadiləsi aparıb, Milli Qurtuluş Gününün xalqımızın xilaskarlıq tarixindəki yerinin və rolunun öyrənilməli elmi məktəbə çevrildiyinin tarixi zərurətindən danışıb, gənc nəslin qarşısında duran vəzifələr şərh edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.