AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-da akademik İsa Həbibbəylinin sədrliyi ilə müşavirə keçirilib
Sep 06, 2023 | 10:00 Konfranslar, iclaslar

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Akademiyada yeni iş mövsümünün başlaması münasibətilə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin alimləri tərəfindən görkəmli dövlət xadiminin zəngin irsinə həsr olunmuş genişmiqyaslı tədqiqatların aparıldığını və hər biri fundamental monoqrafik əsər olmaqla, 29 kitabın işıq üzü gördüyünü söyləyib. Qeyd edib ki, cari ilin sonuna kimi ümumilikdə bu istiqamətdə 40-a yaxın nəşrin çapı nəzərdə tutulur və ərsəyə gətirilmiş əsərlər dekabr ayında AMEA-da “Heydər Əliyev İli”nə həsr olunmuş Rəyasət Heyətinin genişləndirilmiş iclasında geniş ictimaiyyətə təqdim olunacaq.

Akademik İsa Həbibbəyli, həmçinin bu günlərdə Türkiyəyə səfəri zamanı qardaş ölkədəki elmi qurumlarda keçirdiyi görüşlər barədə müşavirə iştirakçılarını məlumatlandırıb. Diqqətə çatdırıb ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Dil Qurumunun hər il ənənəvi olaraq keçirdiyi Beynəlxalq Oğuz Türkcəsi konfransı bu ilin sentyabr ayında Qurumun tarixində ilk dəfə olaraq Türkiyədən kənarda, Azərbaycanda AMEA ilə birgə keçiriləcək. AMEA prezidenti, beynəlxalq konfransın Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr ediləcəyini vurğulayıb.

AMEA prezidenti, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanı ilə əlaqədar olaraq Akademiyada həyata keçirilməkdə olan tədbirləri diqqətə çatdırıb.

Müşavirədə, o cümlədən AMEA-nın qarşıda keçiriləcək Ümumi yığıncağına, oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, uğurlar və çağırışlar” mövzusunda elmi konfransa, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyinə və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AMEA prezidenti, həmçinin Rəyasət Heyətinin qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ arxeoloji ekspedisiyasının yaradıldığını diqqətə çatdırıb və ekspedisiyanın işğaldan azad olmuş ərazilərdə uğurla fəaliyyət göstərdiyini söyləyib.

Müşavirədə Rəyasət Heyətinin üzvləri, akademiklər – Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev və Gövhər Baxşəliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00