AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Güney Azərbaycanlıların milli-azadlıq hərəkatı (1941-1946-cı illər) tarixinin tarixşünaslığı” adlı monoqrafiya çapdan çıxıb
Sep 14, 2023 | 14:23 Yeni nəşrlər

AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışovun “Güney Azərbaycanlıların milli-azadlıq hərəkatı (1941-1946-cı illər) tarixinin tarixşünaslığı” adlı monoqrafiyası nəşr olunub.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli, rəyçilər tarix elmləri doktoru,professor İsmayıl Musa və tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadədir.

Monoqrafiyada İranda Azərbaycan türklərinin  milli - azadlıq hərakatının (1941-1946 - cı illər) tarix ilə əlaqədar, əsasən Güney Azərbaycanlıların Milli Hökumətinin üzvlərinin və digər soydaşlarımızın yazmış olduqları əsərlər, eləcədə sovet, çağdaş Azərbaycan və Rusiya tarixşünaslığı təhlil olunur.

Kitab Azərbaycanın ən yeni tarixini araşdıranlar, müəllim və tələbələr, həmin illərin siyasi-tarixi hadisələri ilə maraqlananlar, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023