Şərqşünas alim beynəlxalq konqresdə məruzə edib
May 08, 2023 | 11:00 Konfranslar, iclaslar
May 08, 2023 | 11:00 Konfranslar, iclaslar
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Türkiyədə İstanbul Arel Universitetinin təşkil etdiyi “2-ci beynəlxalq ədalət konqresi”ndə iştirak edib.
Şərqşünas alim onlayn qatıldığı konqresdə “Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyədə hüquqi islahatlar (2002-2015)” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə 2002-2015-ci illərdə Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyədə hüquqi sahədə həyata keçirilən islahatlar, onların səbəbləri, həyata keçirilməsini zəruri edən amillər və onların reallaşdırılması zamanı qarşıya çıxan problemlər, həmçinin əldə olunan nəticələrdən bəhs edilib.