AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda konfrans keçirilib
May 04, 2023 | 12:00 Konfranslar, iclaslar

Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialının akt zalında “Heydər Əliyev İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları öncə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin moderatorluğu ilə baş tutan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tarıyel İbrahimov və ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və faəliyyəti haqqında önəmli ştrixlərə toxunaraq “Heydər Əliyev İli” çərçivəsində belə konfransların keçirilməsinin gənc nəslin təlim-tərbiyəsi işində və ideoloji proseslərin təşviqi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Sonra professor İlham Məmmədzadənin “Heydər Əliyevin güclü dövlət ideyası və müasir Azərbaycan”, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin “Heydər Əliyevin “Bir millət-iki dövlət” düsturu Azərbaycan-Türkiyə birliyinin strategiyasıdır”, şöbə müdirləri, professorlar Rəna Mirzəzadənin “Ulu Öndər Heydər Əliyev Prezident İlham Əliyevin dəyərləndirməsində”, Adil Əsədovun “Tarixdə şəxsiyyətin rolu – Ulu öndər Heydər Əliyevin timsalında”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Azərbaycanda milli dövlətçilik şüurunun formalaşmasında Heydər Əliyevin rolu”, dosent Sənan Həsənovun “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur”, elmi işçi Vüsalə Gülmalıyevanın “Heydər Əliyevin gənclər siyasəti: insanpərvərlik və humanizm”, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylının “Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzularında məruzələri dinlənilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023