AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Professor Müzəffər Şəkər: “Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi bütün regionun sabitliyi və rifahı üçün vacibdir”
May 01, 2023 | 13:00 Mühüm hadisələr

Heydər Əliyevin Azərbaycanın siyasi və ictimai həyatındakı xidmətləri misilsiz olmuşdur. Onun uzaqgörənliyi, liderliyi və Azərbaycan xalqına sarsılmaz sədaqəti həmişə minnətdarlıqla xatırlanacaqdır.

Bu sözləri Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş Xüsusi iclasında “Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi: tarix və müasirlik” mövzusunda çıxışı zamanı deyib. 

O qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu çoxəsrlik ortaq dilə, tarixə və mədəniyyətə əsaslanır və bu gün ölkələrimiz bir çox sahələrdə möhkəm strateji tərəfdaşlığa malikdir: “İki ölkə arasında münasibətlər heç vaxt bu qədər güclü olmayıb və biz gələcək illərdə də əlaqələrimizin daha da möhkəmlənməsinə sadiqik. İki ölkənin birliyi və həmrəyliyi təkcə bizim üçün deyil, həm də bütün regionun sabitliyi və rifahı üçün vacibdir. Azərbaycan və Türkiyə mürəkkəb və daim dəyişən dünyada tərəqqidədir və biz qarşıda duran bütün çətinliklərin öhdəsindən gəlmək üçün birlikdə çalışmalıyıq. Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu, siyasi, mənəvi dəstək verdi və başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli rəsmilərimiz olmaqla Azərbaycanla həmrəy olduqlarını ifadə etdi, Ermənistanın qanunsuz işğalını pislədilər. Bəxtiyar Vahabzadənin dediyi kimi, “Azərbaycan və Türkiyə bir ananın iki oğludur”. Qarabağ müharibəsi bizim bir-birimizi dəstəkləmək üçün birgə səylərimizin yalnız bir nümunəsidir və biz qarşıda duran istənilən çətinliyə qarşı birlikdə olmağa davam edəcəyik”.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023