Apr 28, 2023 | 15:00 Konfranslar, iclaslar
AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Toplantını giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı müasir və qüdrətli Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin siyasətinin başlıca prinsiplərini təhlil edib. Bu uğurlu siyasətin nəticəsi olaraq Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı mübarizənin onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən zəfərlə başa çatdırılmasından bəhs edib.
Şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev və f.ü.f.d., dosent Vahid Ömərov Qafqaz ölkələrinin (Rusiya, Türkiyə, Gürcüstan, İran) rəhbərlərinin Heydər Əliyev haqqında fikirlərini müqayisəli təhlil ediblər.
Dəyirmi masada institutda istehsalat təcrübəsi keçən tələbələr də iştirak ediblər.