AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub
Jun 14, 2023 | 15:56 Konfranslar, iclaslar

AMEA-nın Tarix İnstitutunun Elmi şurasının Milli Qurtuluş Gününə həsr edilən iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Milli Qurtuluş Günü ilə bağlı geniş məlumat verərək Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi günün dövlət bayramı kimi qeyd edilməsinin dərin kökləri olduğunu vurğulayıb. Kərim Şükürov Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. O, Heydər Əliyevin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.

Tədbirdə institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev çıxış edərək Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıb, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını qeyd edib.

Elmi şuranın iclasında məşhur türkoloq, filologiya elmləri doktoru, professor Tofiq Məlikli çıxış edərək bildirib ki, Azərbaycan tarixini öyrənmək, tarixi yaddaşımızı qüvvətləndirmək, həqiqəti dünyaya çatdıra bilmək, milli mənafeyimizi hər şeyin üstündə tutmaq üçün bütün imkanlarımızı birləşdirməliyik.

Sonda cari məsələlərə baxılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023