AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında könüllülük layihəsi çərçivəsində müsahibə keçirilib
Oct 13, 2026 | 10:12 Konfranslar, iclaslar

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında bələdçilik fəaliyyətinin yenidən təşkili ilə əlaqədar elan edilmiş könüllülük layihəsi çərçivəsində müsahibə mərhələsi keçirilib.

7, 9 və 10 oktyabr tarixlərində təşkil olunan müsahibələrdə layihəyə müraciət edən namizədlərlə görüşlər keçirilib, onların bilik və bacarıqları, ünsiyyət qabiliyyətləri, tarix və arxeologiya sahəsinə maraqları qiymətləndirilib. Həmçinin namizədlərin muzey mühitində fəaliyyət göstərmək, ziyarətçilərlə işləmək və ekspozisiyada nümayiş olunan arxeoloji materiallar haqqında məlumat vermək potensialı nəzərdən keçirilib.

Müsahibə mərhələsində və layihənin təşkilində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, “Elmi ekspozisiyanın təşkili” şöbəsinin müdiri Orxan Zamanov, institutun elmi işçisi, Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov, elmi işçi Günel Vəliyeva, həmçinin şöbənin əməkdaşları Nuranə Abdullayeva, Nahidə Quliyeva, Türkan Əliyeva, Günay Quliyeva və Nurlanə Həsənova iştirak ediblər.

Könüllülük layihəsinin əsas məqsədi gənclərin muzey fəaliyyətinə cəlb olunması, onların praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Muzey-Sərgi zalına gələn yerli və xarici ziyarətçilərin Azərbaycan arxeoloji irsi haqqında daha ətraflı məlumatlandırılmasına dəstək göstərməkdir.

Qeyd edək ki, Muzey-Sərgi zalında bələdçilik fəaliyyəti elmi və mədəni irsin ictimaiyyətə çatdırılması, arxeoloji materialların tanıdılması və muzeyin maarifləndirici fəaliyyətinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023