“Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” adlı beynəlxalq elmi-praktik konfransın materialları nəşr olunub
Jan 05, 2026 | 10:08 Yeni nəşrlər
Jan 05, 2026 | 10:08 Yeni nəşrlər
Akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” adlı beynəlxalq elmi-praktik konfransın materialları çap olunub.
Konfrans AMEA Rəyasət Heyətinin qərarına əsasən, ETN İqtisadiyyat İnstitutunun və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə keçirilib. İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun sədrliyi ilə Təşkilat Komitəsi və Redaksiya Heyəti formalaşdırılıb (sədr müavini prof. Sakit Yaqubov, məsul katib Tanrıverdi Paşa).
Böyük həcmli konfrans materillarında seçilmiş məqalələr yer alıb.


