AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix və Etnologiya İnstitutu ilə Çimkent Universiteti arasında memorandum imzalanıb
Dec 03, 2025 | 15:18 Mühüm hadisələr

Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin Çimkent Universitetinin bir qrup alimi AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda qonaq olublar.

İnstitutun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov qonaqları salamlayaraq Tarix və Etnologiya İnstitutunun strukturu, fəaliyyət istiqamətləri, elmi nəşrlər və birgə əməkdaşlıq sahəsində qarşıda duran perspektiv haqqında məlumat verib.

Çimkent Universitetinin rektoru Nurlıbek Seytkulov təmsil etdiyi elmi müəssisə haqqında geniş məlumat verərək qarşılıqlı əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.

Görüş çərçivəsində Tarix və Etnologiya İnstitutu və  Çimkent Universiteti arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumda akademik mobillik proqramlarının həyata keçirilməsi, elmi-tədqiqat layihələrinin birgə icra olunması və bu layihələr çərçivəsində alimlərin beynəlxalq əməkdaşlığının, təcrübə mübadiləsinin təşkili nəzərdə tutulub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023