AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan alimlərinin kitabları Böyük Britaniya Kral Cəmiyyətinin kitabxanasına daxil olub
Sep 08, 2025 | 14:30 Mühüm hadisələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadənin “Philosophy of Mutual Influence of Cultures and Settlement of Germans in the Southern Caucasus” və institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri f.ü.f.d. Zöhrə Əliyevanın “Enlightenment and Nation-Building in Azerbaijan during the Late 19th–Early 20th Centuries” nəşrləri Böyük Britaniya Kral Cəmiyyətinin kitabxanasının və Milli Kitabxananın fonduna təqdim olunub.

Azərbaycan tədqiqatçılarının kitabları ilk dəfə olaraq Kral Cəmiyyətinin kitabxanasında təqdim olunur. Bu əlamətdar hadisə Azərbaycan və Böyük Britaniya arasında elmi və mədəni dialoq üçün yeni perspektivlər açaraq milli elmin beynəlxalq nüfuzunu möhkəmləndirir.

Qeyd edək ki, kitablar ideyalar tarixi, fəlsəfə və mədəni əlaqələr sahəsində mühüm tədqiqatları əks etdirərək Azərbaycan elmi məktəbini beynəlxalq səviyyədə təqdim edir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023