Aug 01, 2025 | 10:15 Konfranslar, iclaslar
“Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı - Bayırşəhər Simpoziumu öz işini yekunlaşdırıb.
31 iyul tarixində Bayırşəhər səmtində yerləşən tarixi Zərgərpalan hamamında davam edən simpoziumun üçüncü bölməsində müxtəlif ölkə və qurumları təmsil edən tədqiqatçılar aktual mövzularda elmi məruzələrlə çıxış ediblər.
Dosent Pərvin Ahənçi “Münaqişəsonrası keçid dövründə irs: Qarabağın tarixi-mədəni abidələrinin sənədləşdirilməsi, qorunması və yenidən kontekstləşdirilməsi”, dosent Tükəzban Alıyeva (Göyüşova) “Qız qalasında arxeoloji tədqiqatlar (Gədəbəy rayonu)”, dosent Məhəmməd Nurməmmədov “Azərbaycanın xatirə abidələrinin memarlıq xüsusiyyətləri orta əsr memarlıq məktəbləri kontekstində”, dosent Aidə İsmayılova “Orta əsrlərdə qloballaşma: Böyük İpək Yolu və Azərbaycan mədəni əlaqələr kontekstində”, fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova “Mədəni irsin təbliğində maariflənmənin rolu: Buzovna abidələri nümunəsində”, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova “İslam dövrü memarlığında hamamların yeri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova “Biliklər cəmiyyəti və muzeylər: müasir muzey idarəçiliyinin xüsusiyyətləri”, Beyza Muslu “Yerli yaşam tərzlərinin və mədəni irsin mifologiyaya təsiri”, Müqəddəs Zeynalova isə “Mədəni irsin ictimaiyyətə təqdim olunması və maarifləndirilməsində muzeylərin rolu” mövzularında çıxış ediblər.
Simpoziumun dördüncü bölməsində Şəbnəm Əliyeva “Vəli Əliyevin rəhbərliyi ilə Nərgizavada arxeoloji tədqiqatlar (2018–2019)”, Celaleddin Küçük “Qazıntıdan muzeyə: Zeugma mozaikalarının hekayəsi”, Mitra Setarehsobh “Səfəvi və Osmanlı dövrlərində azərbaycanlı xəttatların rolu və xəttatlıq sənətinin inkişafı”, Nadire Mine Yar “İstanbul Molla Zeyrək Məscidinin bərpası”, Necat Kövsəroğlu “Kərkükdə türk abidələri: tarixi və mədəni irsin izləri ilə”, Çimnaz Əliyeva və Məleykə Hüseynova “Ağdam Çörək Muzeyi: keçmişdən gələcəyə”, Nigar Muradova “İçərişəhərə məxsus elementlərin semiotik təhlili”, Rafael Gülməmmədli və Abdul Hüseynov “Bayırşəhər - mədəni irsimizin incilərindəndir”, Günay Rzayeva və Faiq Nəsibov “Hamamdan muzeyə: Azərbaycan və Türkiyədə tarixi hamamların yeni həyatı”, Aynur Ələkbərova “Açıq hava muzeylərinin mədəni turizmə təsiri”, Anar İbrahimov “Orta əsrlərdə Azərbaycan mədrəsələri: elm ocaqları və memarlıq irsimizin daşıyıcıları”, Filip Adrian Petcu və Magda Babău “İnstitusional təcriddən əməkdaşlığa əsaslanan yeniliyə doğru: Timișoara Milli İncəsənət Muzeyində bərpa təlimi üçün yeni bir paradiqma”, Ceyhun İsmayılov isə “Abşeronun tarixi abidəsi: Əli daşı piri və qəbiristanlığının qorunması zərurəti” adlı təqdimatlarla çıxış ediblər.
Türkiyəli mütəxəssislər Nadire Mine Yar və Celaleddin Küçük simpozium çərçivəsində bərpa və konservasiyada istifadə olunan alət və materiallara dair geniş təqdimat keçiriblər.
Simpoziumun yekun iclasında professor Qafar Cəbiyev çıxış edərək məruzəçilərə minnətdarlığını bildirib, tədbirin qarşıya qoyduğu məqsədlərə nail olduğunu vurğulayıb. O, simpozium materiallarının yaxın zamanda nəşr olunaraq elmi ictimaiyyətə təqdim ediləcəyini qeyd edib.
Sonda Simpoziumun Təşkilat Komitəsi “Bayırşəhər müraciəti”ni qəbul edib.


