Jul 29, 2025 | 10:15 Elanlar
30 iyul saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin əziz xatirəsinə həsr olunmuş “Tarixi yerlər və abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumunun açılışı baş tutacaq.
Bölmə iclasları 30-31 iyul 2025-ci il tarixlərində Bakının Bayırşəhər ərazisində yerləşən tarixi Zərgərpalan hamamında keçiriləcək. Simpozium AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən təşkil olunur və Azərbaycanın qədim şəhərsalma mədəniyyəti, arxeoloji abidələri, eləcə də tarixi irsin qorunması ilə bağlı məsələlərin müzakirəsinə həsr olunur.
Simpozium elm və mədəniyyət adamlarını bir araya gətirərək Azərbaycanın mədəni irsinin qorunması sahəsində elmi müzakirələr üçün mühüm platforma yaradacaqdır.


