AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu çap olunub
Mar 10, 2025 | 12:45 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu işıq üzü görüb.

Görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin bədii yaradıcılığına həsr olunmuş məqalələr topluda 4 bölmədə təqdim edilib. Məqalə müəllifləri sırasına Azərbaycanla yanaşı, Türkiyə və Özbəkistandan olan alimlər də yer alırlar.

“Füzulinin söz sənəti” bölməsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli sənətinin mahiyyəti və əhəmiyyəti”, AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyevanın “Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ecazkar sənətkarlıq nümunələri”, akademik Möhsün Nağısoylunun “Məhəmməd Füzuli nəsrinin poetikası haqqında”, Türkiyədən Muhəmməd Alparslan Kartalın “Məhəmməd Füzulinin Hədis-i ərbəin” adlı əsərinin dəyərləndirilməsi”, Özbəkistandan Qaytarbek Xolbotayev və Mohina Solijonovanın “Füzulinin Leyli və Məcnun” dastanının dil xüsusiyətləri” və s. məqalələr təqdim edilib.

“Füzulinin ədəbi mirası sələf və xələfləri kontekstində” bölməsində Mehdi Kazımovun “Nəzirə ənənələri və Füzuli yaradıcılığı”, Ataəmi Mirzəyevin “Füzuli və onun müasirləri: Şahi”, Səadət Şıxıyevanın “Füzuli yaradıcılığında Şah İsmayıl Xətainin tarixi portreti, alleqorik təcəssümü və şair şəxsiyyəti” və digər məqalələr yer alır.

“Füzulinin fikir dünyası” bölməsində Rəna  Mirzəzadənin “Heydər Əliyev zəkası və Füzuli dühası”, Nəzakət Məmmədlinin “Məhəməd Füzuli yaradıcılığında təsəvvüf”, Özbəkistan alimlərindən Salimxon Mirzayeva, Mohinur Abdixakimova və Aybek Aliyevin “Füzuli yaradıcılığının şah beytlərinin təhlili” və digər məqalələrlə tanış olmaq olar.

Gülər Abdullabekovanın “Füzuli Polşa türkologiyasında”, Xanım Zairovanın “Füzuli yaradıcılığı alman şərqşnaslığında”, Ülkər Baxşıyevanın “Məhəmməd Füzuli akademik M.İbrahimovun elmi-nəzəri görüşlərində” kimi məqalələr “Füzuli XX əsr araşdırmalarında” bölməsində çap olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023