AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix və Etnologiya İnstitutu ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Feb 17, 2025 | 09:28 Mühüm hadisələr

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daim elm və təhsilin vəhdətinə xüsusi diqqət yetirilir.

Bu prinsipin həyata keçməsinin ən bariz nümunələrindən biri institutda tələbələrin istehsalat təcrübəsinin təşkilidir. Bu məqsədlə hər il olduğu kimi, 2025-ci ildə də müxtəlif universitetlərlə sıx əməkdaşlıq davam etdirilir. Bu günlərdə Tarix və Etnologiya İnstitutu ilə Bakı Slavyan Universiteti arasında müqavilə imzalanıb. Müqavilə müvafiq qanunvericiliyə, təşkilatların nizamnamələrinə, o cümlədən “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na əsaslanır.

Fevral ayından may ayınadək davam edəcək istehsalat təcrübəsinin məqsədi tələbələrin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirmək, dərinləşdirmək və onları praktiki bacarıqlar və səriştələr mənimsəyərək inkişaf etdirməkdir.          

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023