AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix və Etnologiya İnstitutu ilə Belarus Tarix və Etnologiya İnstitutu arasında memorandum imzalanıb
Feb 07, 2025 | 16:42 Mühüm hadisələr

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Elmi əməkdaşlığı genişləndirmək və əlaqələri gücləndirmək məqsədi daşıyan sənəddə birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi kadrların hazırlanması, təcrübə mübadiləsinə dəstək göstərilməsi məsələləri qeyd olunur. Memorandumda müştərək elmi konfransların, simpoziumların, seminarların, elmi toplantıların təşkili, elmi məlumatların, nəşrlərin və elmi əsərlərin mübadiləsi əksini tapır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023