AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimin 20 yanvar faciəsi haqqında məqaləsi Pakistanda çap olunub
Yan 23, 2023 | 11:00 / Mühüm hadisələr
Oxunub 104 dəfə

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun “Azərbaycanda 20 Yanvar faciəsi” adlı məqaləsi Pakistanda nəşr olunan “The Daily Spokesman” qəzetində və bu ölkənin “Sabah news” saytında dərc edilib.

Məqalədə 20 Yanvar faciəsi, bunun səbəbləri və nəticələri, onun Azərbaycanın tarixində yeri və rolu haqqında məlumat verilir. Eyni zamanda yazıda Azərbaycan torpaqlarının Çar Rusiyası və İran arasında bölüşdürülməsi və bunun nəticələri haqqında qısa şəkildə məlumat öz əksini tapır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015