AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim Özbəkistan və Türkiyə saytlarında 20 yanvar faciəsindən yazdı
Yan 23, 2023 | 10:00 / Mühüm hadisələr
Oxunub 44 dəfə

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Özbəkistan və Türkiyə saytlarında 1990-cı ilin 20 Yanvar faciəsindən yazıb.

Şərqşünas alimin məqalələri Özbəkistanın “human.uz” saytında və Türkiyədən yayımlanan “kriminsesigazetesi.com” saytında dərc edilib.

“Human.uz” saytında rus dilində dərc olunan “1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu” adlı, eləcə də  “kriminsesigazetesi.com” saytında dərc edilən “20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda əzmi” adlı məqalələrdə faciəvi hadisələr barədə ətraflı məlumat verilir və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilir. Məqalələrdə 1990-cı ilin yanvar günlərində Bakıda, Neftçalada, Lənkəranda sovet ordusunun cinayətləri faktlarla göstərilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015