AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Mərakeş və Misirdə yayımlanıb
Yan 23, 2023 | 08:42 / Mühüm hadisələr
Oxunub 28 dəfə

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, institutun Din və ictimai fikir şöbəsinin müdiri vəzifəsini icra edən, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin ərəb dilində yazdığı "20 Yanvar... Müstəqilliyə gedən yol" adlı məqaləsi Mərakeş Krallığının "Sout əl-muvatin" və Misir Ərəb Respublikasının "Bəvvabətus-Səfir" xəbər agentliklərində dərc edilib.

Məqalədə müəllif Azərbaycan xalqının çoxəsrlik istiqlaliyyət mücadiləsi, ələlxüsus bu kontekstdə 20 yanvar 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş hərbi və siyasi cinayətlər haqqında məlumatları ətraflı şəkildə təqdim edib. Bununla yanaşı, məqalədə 20 Yanvar günü Azərbaycan xalqının müstəqillik uğrunda və ədalətsizliyə qarşı nümayiş etdirdiyi cəsarət və əzmkarlıqdan bəhs edilib. Qeyd edilib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015