
Akademik İsa Həbibbəyli Smolnı Universitetinin rektoru ilə görüşüb
Yan 23, 2023 | 08:35 / Görüşlər
Yan 23, 2023 | 08:35 / Görüşlər
Oxunub 30 dəfə
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Sankt-Peterburq Smolnı Universitetinin rektoru, Noosfera İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti, professor Heydər İmanovla görüşüb.
Görüşdə qurumlar arasında elmi əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsindən danışılıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə Noosfera İctimai Elmlər Akademiyası arasında elmi konfrans keçirilməsi təklifi müzakirə olunub.
Sonda qarşılıqlı olaraq kitablar hədiyyə edilib.