AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda Şuşa ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Sen 29, 2022 | 09:03 / Konfranslar, iclaslar
Oxunub 169 dəfə

5-6 dekabr 2022-ci il tarixlərində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə “Tarix İnstitutunda Şuşa-270: dünya mədəniyyət mərkəzləri” kontekstində adlı beynəlxalq konfrans keçiriləcək.

Konfransın mövzuları:

  1. Şuşanın tarixinin aktual problemləri;
  2. Ermənistanın işğalı dövründə (1992-2020) Şuşanın tarix-mədəni irsinə vurulan zərbə;
  3. Şuşa ilə qardaşlaşmış şəhərlər: mədəniyyətlərin ünsiyyəti;
  4. Şuşa və dünya mədəniyyət mərkəzləri: ümumiliklər və konkretliklər;
  5. Problem üzrə tədqiqatçıların sərbəst şəkildə uyğun bildiyi mövzular.

Konfransın dili: Azərbaycan, türk, rus və ingilis dilləri

Tezislər üçün tələblər:

Konfransda iştirak üçün məruzələrin tezisləri (500 söz həcmində) təqdim olunmalıdır. Tezislər çap olunacaqdır. Tezislər göndərilən dildən əlavə ingilis dilində də təqdim edilməlidir. Təqdim olunan mövzular əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır. Təşkilat Komitəsi uyğun materialların seçilməsi hüququnu özündə saxlayır.

İştirakçılar üçün tələblər:

Məruzəçinin adı, soyadı, atasının adı, işlədiyi müəssisənin adı və vəzifəsi, elmi dərəcə və elmi adı, elektron poçt ünvanı, əlaqə nömrəsi tezisin yuxarı hissəsində qeyd olunmalı, həmçinin ORCİD kodu göstərilməlidir.

Tezislərin göndərilməsi üçün son tarix - 15.11.2022-ci ildir.

Keçirilmə formatı:

Konfransın həm hibrid, həm də onlayn olaraq keçirilməsi nəzərdə tutulur.

Konfransda bir neçə panel üzrə məruzələr dinlənilməsi və müzakirələrin aparılması planlaşdırılır.

Tel.: (+994 12) 539 36 72; (+994 50) 473 21 32

E-mail: shushaconference2022@gmail.com

Əlavə məlumat üçün: www.tarixinstitutu.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015