AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Atropat-2350” mövzusunda respublika elmi konfransı keçiriləcək
İyl 18, 2022 | 08:56 / Konfranslar, iclaslar
Oxunub 192 dəfə

22 dekabr 2022-ci il tarixində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin təşkilatçılığı ilə “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransa göndərilən tezislərin həcmi 300 sözdən artıq olmamalı, elektron variantı 25 noyabr 2022-ci il tarixinə kimi təşkilat komitəsinə, nailamamed@mail.ru e-poçt ünvanına göndərilməlidir.

Tezislərə dair tələblər:

- Tezisin mətni Microsoft Word Times New Roman şrifti ilə yığılmalı, şriftin ölçüsü 14, sətirlərarası interval 1,5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır;

- Tezisin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Tələblərə cavab verməyən tezislər dərc olunmayacaq. Daha ətraflı məlumat üçün Təşkilat komitəsinə müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115 (AMEA-nın Əsas binası, Tarix İnstitutu, 6-cı mərtəbə, 602 saylı otaq)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015