AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünasliq İnstitutunun əməkdaşi Stokholmda keçirilən beynəlxalq konfransda məruzə edib
İyn 28, 2022 | 08:41 / Konfranslar, iclaslar
Oxunub 246 dəfə

AMEA-nın akad. Z.M.Bünyadov adına  Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin  aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə iyunun 25-də İsveçin paytaxtı Stolkholmda keçirilən və Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan “Yol ver Türkün bayrağına! ” adlı XXVII Beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak edib. L.Mikayılzadə Ədəbiyyatşünaslıq və  folklor bölməsinə maderatorluq edib, həm də “İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri (1953 – 1963-ci illər kontekstində)” mövzusunda məruzə edib.  Məruzədə İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri məsələləri nəzərdən keçirilir, XX  əsrdə İranın siyasi, sosial, iqtisadi və mədəni həyatına  birbaşa təsir edən proseslər araşdırılır, fərqli, yeni ədəbi formaların meydana gəlməsi və inkişafı yolları  təhlil edilir. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015