AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Muzeydə unikal dekorativ tərtibatlı silahlardan ibarət sərgi açılacaq
İyn 22, 2022 | 12:08 / Maraqlı məlumatlar
Oxunub 12 dəfə

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən silahlar xüsusi yer tutur.

Muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Eyni zamanda bu silahlar yalnız sənətkarlıq əsərləri deyil, yüksək zövqlə hazırlanmış incəsənət nümunələridir.

Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgidə Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcək.

Sərgidə 300 ədəd unikal, dekorativ tərtibatlı silah nümayiş olunacaq.

Sərgi 28 iyun – 15 sentyabr 2022-ci il tarixlərində davam edəcək.

Sərgiyə giriş pullu olacaq: böyüklər üçün 2 AZN, uşaqlar üşün 1 AZN.

Sərgidə peşəkar foto və videoçəkiliş ödənişli olacaq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015