AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimin məqaləsi Rusiyada çap olunub
Apr 20, 2022 | 08:47 / Yeni nəşrlər
Oxunub 52 dəfə

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının "XVIII əsr Marağanın şəhər həyatı (1728-ci il osmanlı müfəssəl dəftəri əsasında) adlı məqaləsi Rusiyanın “Вопросы истории” jurnalında dərc edilib.

Məqalədə əsasən 1728-ci ildə Osmanlı hakimiyyəti tərəfindən tərtib olunmuş müfəssəl dəftərin və eyni zamanda digər mənbələrin məlumatlarına söykənərək Marağanın şəhər həyatı, əhalinin məşğulluq sahəsi, şəhərin məhəllələri, şəhər bazarı və s. haqqında ətraflı danışılır. 

Ma­ra­ğa li­va­sı­nın mü­fəs­səl dəf­tə­ri, həm­çi­nin Ma­ra­ğanın şə­hər hə­ya­tı, əha­li­nin məş­ğul ol­du­ğu ay­rı-ay­rı kənd tə­sər­rü­fa­tı sa­hə­lə­ri, ti­ca­rət, sə­nət­kar­lıq, göm­rük xid­mə­ti və on­lar­dan xə­zi­nə­yə top­la­nan ver­gi­lər ba­rə­də, elə­cə də böl­gə sa­kin­lə­ri­nin di­ni-et­nik tər­ki­bi, əra­zi­nin coğ­ra­fi­ya­sı və to­po­nim­lə­ri haq­qın­da ki­fa­yət qə­dər qiy­mət­li  mə­lu­mat­lar­la zən­gin­dir ki, bü­tün bun­lar da Azər­bay­ca­nın or­ta əsr­lər ta­ri­xi­nin qa­ran­lıq sə­hi­fə­lə­ri­nin açıl­ma­sın­da, onun ta­ri­xi coğ­ra­fi­ya­sı­nın bər­pa­sın­da  bö­yük rol oy­na­ya bi­lər.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015