AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin yaradılmasının 30 illiyi qeyd olunub
Apr 20, 2022 | 08:38 / Maraqlı məlumatlar
Oxunub 60 dəfə

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti (AXC) şöbəsinin yaradılmasının 30 illiyinə həsr olunan tədbir keçirilib.

Yubiley tədbirini giriş sözü ilə açan şöbənin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvel bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti şöbəsi bu günə qədər bir sıra alimlərin, tədqiqatçıların yetişməsində, tarix elminə töhfə verməsində misilsiz rol oynayıb. O, həmçinin Tarix İnstitutunun vacib komponentinə çevrilən Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin keçdiyi elmi tədqiqat yolundan, şöbənin inkişafında xüsusi zəhməti olmuş alim və tədqiqatçılardan, Böyük Britaniya arxivlərində AXC dövrü üçün olduqca vacib sənədlərlə tanışlığından bəhs edərək xatirələrini bölüşüb.

Daha sonra şöbənin əməkdaşları Vasif Qafarov, Kamran İsmayılov, Natiq Məmmədzadə, Aygün Əzimova, Rəşad Rüstəmov, eləcə də qonaqlardan Sevda Süleymanova, Firdovsiyyə Əhmədova, Nigar Axundova, Vüsalə Əliyeva, Rəxşəndə Bayramova və Rəhim Həsənov çıxış edərək bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, o cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Vurğulanıb ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut etdi.

Sonda şöbənin son nəşrlərinin sərgisinə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015