AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Azərbaycan atabəylərinin sikkələri” kataloqu nəşr edilib
Apr 18, 2022 | 04:06 / Yeni nəşrlər
Oxunub 480 dəfə

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daha bir nəşri - “Azərbaycan atabəylərinin sikkələri” adlı kataloqu  işıq üzü görmüşdür (Bakı, Təhsil, 2021, 40 səh.). Kataloqun elmi redaktoru muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, tərtibatçısı isə muzeyin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədovadır.                                     

Kataloq AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan, Azərbaycan Respublikası ərazisində aşkarlanmış Azərbaycan atabəyləri (Eldənizlər; hicri 531 – 607 / miladi 1136 - 1225) və onların vassalları dövründə yerli zərbxanalarda istehsal edilmiş sikkələr əsasında tərtib edilmişdir.

Burada sikkələrin fotoları, onların üzərindəki yazılar, eləcə də həmin sikkələrin çəkisi və digər məlumatlar təqdim edilmiş, ölkə ərazisində aşkar olunan belə sikkələrdən ibarət dəfinələr qeydə alınmışdır.

Kataloq tarixçilər, numizmatlar, sənətşünaslar və digər tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015