AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan aliminin məqaləsi Türkiyənin nüfuzlu fəlsəfə jurnalında dərc olunub
Apr 18, 2022 | 08:45 / Yeni nəşrlər
Oxunub 474 dəfə

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “The Principles of the Letter System of Hurufism and A Philosophical Look at the Regional Identity and Pseudonym of Imadeddin Nesimi” (“Hürufilik təliminin hərf sisteminin prinsipləri ilə İmadəddin Nəsiminin milli-region identikliyinə və təxəllüsünə fəlsəfi baxış”) sərlövhəli elmi məqaləsi Türkiyənin Bursa Uludağ Universitetinin Fen-Edebiyat fakültəsinin elmi nəşrlərindən olan “Kayğı” fəlsəfə jurnalında dərc olunub.

Bu məqalədə adından da bəlli olduğu kimi, XIV əsr Azərbaycan klassik poeziyasının yaradıcısı, həqiqət, ədalət şairi, mütəfəkkir-filosof  İmadəddin Nəsiminin  milli-regional  identikliyi və təxəllüsü mövzusu araşdırılıb, mühüm əhəmiyyət kəsb edən tarixi elmi mənbələr əsasında fəlsəfi təhlil aparılıb və dahi şairin region identikliyinin Azərbaycana aid olması və Nəsimi təxəllüsünün məkanla deyil, ideya ilə bağlılığı yeni elmi-məntiqi və obyektiv təhlillərlə qiymətləndirilib. 

Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “The Principles of the Letter System of Hurufism and A Philosophical Look at the Regional Identity and Pseudonym of Imadeddin Nesimi” məqaləsi, həmçinin dünyanın tanınmış elm saytları olan academia.edu və TÜBİTAK ULAKBİLİMİN “Dərgipark” saytlarında yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015