AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim beynəlxalq konfransda məruzə edib
Apr 06, 2022 | 12:47 / Konfranslar, iclaslar
Oxunub 504 dəfə

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Qazaxıstanın Almatı şəhərində keçirilmiş A.Baytursunovun 150 illiyinə həsr olunmuş “Müasir dünyada elmi tədqiqatların mövcud problemləri və A. Baytursunovun irsi" mövzusunda beynəlxalq elmi və metodoloji konfransda iştirak edib.

Qazaxıstanın Əmək və Sosial Münasibətlər Akademiyasının təşkil etdiyi konfransda N.Məmmədov “Universitetlərin beynəlxalq reytinqlərdə yerləşdirilməsinin müasir tendensiyaları: Akkreditasiya agentliyinin baxışı” mövzusunda məruzə edib.

Məruzədə müasir dövrdə universitetlərin beynəlxalq reytinqlərdə yerləşdirilməsi, onun  metodologiyası və şərtləri, sözügedən sahədə məşhur olan beynəlxalq agentliklər, həmçinin beynəlxalq təcrübə, beynəlxalq agentliklərin reytinqlər üçün müəyyən edilmiş əsas meyarları və bu prosesin əhəmiyyəti haqqında məlumatlar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015