AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan toxuculuq nümunələrinə dair yeni monoqrafiya nəşr olunub
Dek 27, 2021 | 04:03 / Yeni nəşrlər
Oxunub 776 dəfə

Muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirovanın “Azərbaycan toxuculuq nümunələrindəki naxışların semantikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiyası nəşr olunmuşdur. Monoqrafiyada Azərbaycan xalqının qədim dünyagörüşü, onun məşğuliyyət sahələrinin və dini inanclarının toxuculuq məmulatları üzərində naxış və təsvirlər şəklində maddiləşmiş elemetləri araşdırılmışdır. Əsərdə muzeyin Etnoqrafiya fondunda mühafizə olunan toxuculuq məmulatları üzərindəki bir çox naxış və təsvirin semantikası araşdırılaraq ətraflı açıqlaması verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az/ saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015