AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Şahin Mustafayevə UNESCO-dan təşəkkür məktubu
Dek 10, 2021 | 11:10 / Maraqlı məlumatlar
Oxunub 162 dəfə

UNESCO Baş Direktorunun Sosial və humanitar sektor üzrə məsul müavini xanım Qabriela Ramos AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, UNESCO-nun İpək Yolları Proqramı üzrə Azərbaycanın əlaqələndiricisi akademik Şahin Mustafayevə məktub ünvanlayıb. Məktubda Azərbaycan aliminə UNESCO-nun Gənclər üçün İpək Yolu Tədqiqat qrantı müsabiqəsinin münsiflər heyətində uğurlu fəaliyyətinə görə təşəkkür bildirilib.

Qeyd edək ki, UNESCO 2021-ci ildə  gənc alimlər arasında İpək Yolu ilə bağlı elmi tədqiqatları təşviq etmək məqsədi ilə müsabiqə elan edib. Müsabiqənin münsiflər heyətinə dünyanın bir neçə ölkəsindən tanınmış alimlər, o cümlədən akademik Şahin Mustafayev seçilib.

Xanım Qabriela Ramos akademik Şahin Mustafayevin fəaliyyətini yüksək qiymətləndirərək,  azərbaycanlı alimin təcrübəsinin müsabiqənin keşirilməsində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. UNESCO rəsmisi ilk müsabiqədə əldə olunan uğurlara əsaslanaraq, ikinci qrant müsabiqəsinə də hazırlaşacaqlarını bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015