AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı şərqşünasın kitabı beynəlxalq “Springer” nəşriyyatı tərəfindən elektron kitablar kolleksiyasına daxil edilib
Noy 30, 2021 | 10:04 / Yeni nəşrlər
Oxunub 902 dəfə

 

 

 

 

 

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayevanın “Challenges of contemporaneity: postmodernity and multikulturalizm” (Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm)” adlı kitabı dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən 2021-ci ildə “SpringerLink Religion and Philosophy” elektron kitablar kolleksiyasına daxil edilib. R.Rzayevanın bu kitabı qlobal oxucu kütləsi tərəfindən əldə edilir. Qeyd edək ki, kitabın elektron versiyası nəşr olunduqdan sonra 4682 dəfə endirilib.

Müəllifin ingilis dilində yazdığı kitab postmodernizm və onun sosial əlamətlərinin, şüurun transformasiyasının və inkişafının göstəricisi kimi postmodern vəziyyətin xülasəsini təşkil edir. Bu monoqrafiya muasirliyin təmayülləri, postmodernist kompleksin nəzəri və təcrübi məsələləri haqqında müəllifin əvvəllər “Постмодерн и мультикультурализм: междисциплинарный дискурс” (Postmodern və multikulturalizm: elmlərarası diskurs) (Bakı, 2015), “Незападная современность в дискурсе постмодерна и культурной полифонии” (Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda) (Bakı, 2015) və «Rus ve Azerbaycan Kaynaklarında Türk Modernleşmesi» (Ankara, 2012) kitablarında ifadə edilmiş düşüncələrinin davamı və inkişafıdır.

Kitab multikulturalizm, dialoqun mədəniyyəti, dialoqun fəlsəfəsi, tolerantlıq, gender və s. kimi cəmiyyətin müasir problemlərinə fəlsəfi, sosioloji və mədəni yanaşmaları ehtiva edir. Beləliklə, monoqrafiya elmlərarası tədqiqata çərçivə yanaşma təklif edir. Kitabda multikulturalizmin formaları, o cümlədən plüral modernlər kimi multikulturalizm, və qeyri-Qərb müasirliyi müzakirə olunur. Kitab xüsusilə moderndən postmodernə doğru ictimai şüurun inkişaf dinamikasının ilkin şərtləri məsələsində fokuslanmış və “Qərb – qeyri-Qərb” dixotomiyasını və müasir həyatın intellektual-mənəvi reallıqlarının doğurduğu hazırkı təftişini tədqiq edir.

Təqdim olunan kitab qeyri-Qərb ölkələrində postmodernist paradiqmanın mövcudluğuna dair diskussiyaya öz tövhəsini verməklə sosial transformasiyaları doğuran ictimai şüurun konseptlərinin izahını təklif edir, fərqli dünyagörüşünü əks etdirən yeni rəvayət və paradiqmaya ehtiyacı qarşılayır. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015