AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İctimai Elmlər üzrə Problem Şurasının iclası keçirilib
Noy 02, 2021 | 09:53 / Konfranslar, iclaslar
Oxunub 190 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının növbəti onlayn iclası keçirilib.

İclası problem şurasının sədri, akademik Nərgiz Axundova açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Sonra N.Axundova fəlsəfə və elmlər doktoru hazırlığı üzrə daxil olmuş 90 dissertasiya mövzusunu təqdim edib.

Müzakirələr nəticəsində 30 işin adında elmi və texniki redaktələr edilib, bir neçə dissertasiya işinin adı elmi tələblərə cavab vermədiyindən yenidən baxılması üçün müvafiq elmi şuralara qaytarılması tövsiyə olunub.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015