AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak ediblər
Okt 25, 2021 | 09:03 / Konfranslar, iclaslar
Oxunub 88 dəfə

AMEA-nın akademik  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 4 əməkdaşı oktyabrın 21-22-də Türkiyənin Qars şəhərində fəaliyyət göstərən  Qafqaz Üniversitetinin təşkil etdiyi “Birlikdə yaşama baxımından İslam dini” mövzusunda beynəlxalq elmi simpoziumda distant şəkildə iştirak edib.

Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı konfransın “İnsan və cəmiyyət” bölməsində “Milli və dini kimliyin qorunması baxımından Azərbaycanda birlikdə yaşama təcrübəsi və imkanı” mövzusunda məruzə ilə çıxış edib.

Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova “Ərəb xalq ədəbiyyatında “Peyğəmbərlik” anlayışı mövzusunda çıxış edib. Məruzəçi ərəb xalq ədəbiyyatında yüz iyirmi dörd peyğəmbərdən bir çoxunun epikləşdirilmiş obrazlarından söz açıb və peyğəmbərlik anlayışına şifahi xalq ədəbiyyatı aspektindən yanaşıb.

İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, institutun dissertasiya şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Xanımzər Kərimova "İslam dinində ədəbiyyatın estetik mənbəyi" mövzusunda məruzə edib.   İnstitutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov “Nasslara bağlılıq anlamında təsəvvüf" mövzusunda məruzə edib.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015