AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Bu gün II Vətən müharibəsi qəhrəmanları Anar Əliyev və Adil Əfəndiyevin ölümündən bir il ötür
Okt 21, 2021 | 05:04 / Maraqlı məlumatlar
Oxunub 106 dəfə

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda 44 günlük Vətən müharibəsi qəhrəmanları Anar Əliyev və Adil Əfəndiyevə məxsus şəxsi əşyalar qorunur.

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Vətən müharibəsinin şəhidi Anar Vaqif oğlu Əliyev 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Anar Əliyev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. Oktyabrın 25-i II Şəhidlər Xiyabanında dəfn olunub.

Dövlət təltifləri:


 

  • Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı - lent.png (25.06.2004) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
  • Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png (26.06.2008) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - lent.png (30.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • AZ For The Fatherland medal ribbon (2nd version).png (25.06.2011) — "Vətən uğrunda" medalı
  • Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png (24.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • Qüsursuz xidmətə görə II dərəcəli medalı - lent.png (26.06.2014) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png (21.11.2015) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
  • AZ Herbi xidmetde ferqlenmeye gore med 2dar rib.png (18.10.2017) — "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
  • Şücaətə görə medalı - lent.png (25.06.2018) — "Şücaətə görə" medalı
  • Qüsursuz xidmətə görə I dərəcəli medalı - lent.png (26.06.2018) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
  • Медаль "100 лет (1918-2018) Азербайджанской Армии".png (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • AZ Hero of the Patriotic War med rib.png (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" adı (ölümündən sonra)
  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

II Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biri də Adil Əfəndiyevdir. Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsinin şəhidi Adil Qədir oğlu Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1 ci sinifə başlayır.  2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Hərbi həkim ixtisası alan Adil universiteti bitirib təyinatla Naxçıvan Muxtar respublikasının Culfa rayonuna göndərilir. Burada tibb xidməti rəisi vəzifəsində çalışır. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı  Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Oktyabrın 25-I Qazax rayonunda dəfn olunub.

 

Dövlət təltifləri:


  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • Hərbi xidmətlərə görə medalı - lent (2013).png (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)

 

Qeyd edək ki, bu iki  qəhrəmanı  birləşdirən onların eyni gündə şəhidlik zirvələrinə ucalmaları idi. Döyüş yoldaşlarının dediklərinə görə, Anar  Əliyev qəfildən gözündən vurulmuşdu. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur. Lakin, yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Ə­­­­­­­fəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Komandirin son sözü və son əmri "üstümü örtün" olmuşdur. Çünki, o, çox qan itirmişdi və üşüyürdü, həmçinin, bədəni soyuyurdu. Açılan intensiv atəş və əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev şəhid olurlar.

Şəhid Anar Əliyev və şəhid Adil Əfəndiyevin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna muzey əməkdaşı Esmira Rəhimova vasitəsilə təhvil verilib.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015