AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Dünya şöhrətli qədim insan düşərgəsi olan Azıxa həsr olunmuş monoqrafiya çapdan çıxmışdır
Okt 19, 2021 | 11:16 / Yeni nəşrlər
Oxunub 106 dəfə

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun rəhbərliyi altında M.M.Hüseynov, S.D.Əliyev, A.A.Veliçko, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, M.B.Süleymanov, N.B.Şirinovun müəllifliyi ilə “Azıx mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” adlı rus dilində 408 səhifəlik monoqrafiya çapdan çıxmışdır. Monoqrafiyada 1960-1986-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət qalıqları arxeologiya elminin müasir səviyyəsində tədqiq olunmuşdur. Azıx paleolit düşərgəsindən tapılmış Quruçay, Qədim Aşel, Orta Aşel, Mustye mədəniyyətinə aid daş məmulatının texniki-tipoloji xüsusiyyətləri müəyyən edilmişdir. Eyni zamanda monoqrafiyada düşərgənin stratiqrafiyası, heyvanat aləmi, bitki örtüyü və digər cəhətlər də tədqiq olunmuşdur. Azıx paleolit düşərgəsində tapılmış maddi-mədəniyyət qalıqlarının arxeologiya, paleontologiya, paleoantropologiya, paleocoğrafiya, paleogeomorfologiya və digər elm sahələrinə aid arxeoloji faktlar vardır. Məhz buna görə də dünyanın tanınmış arxeoloqları Azıxdan tapılmış maddi-mədəniyyət qalıqlarının tədqiqinə və təbliğinə yüksək qiymət verirlər. 25,5 ç.v. həcmində olan monoqrafiya 10 fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı, Azərbaycan və ingilis dillərində xülasə, fotoşəkillər və əmək alətlərinin qrafik şəkillərindən ibarətdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015