AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Muzeyin inciləri isveçrəli alimin Qafqaza həsr olunmuş kitabında yer alıb
Okt 18, 2021 | 10:54 / Yeni nəşrlər
Oxunub 100 dəfə

Milli Azərbaycan Tarixi Muzeyinin inciləri isveçrəli tarixçi alim, professor Kristof Baumerin (Christoph Baumer) “Qafqaz tarixi: İmperiyaların kəsişməsində” (History of the Caucasus at the Crossroads of Empires. Volume 1. London, “I.B. Tauris, London, New York”, 2021. P.386.) adlı kitabında (birinci cild) yer alıb. Belə ki, muzeyin Arxeologiya elmi-fond şöbəsi, Etnoqrafiya elmi-fond şöbəsi və Xüsusi fondunda qorunan, müxtəlif tarixi dövrlərdə dəyişən mədəniyyətlərin əyani sübutu kimi eksponatların keyfiyyətli təsvirləri və onların annotasiyası elmi tədqiqatda öz əksini tapmışdır.

Qeyd edək ki, kitabın hazırlanmasında göstərilən elmi dəstəyə görə müəllif  muzeyin baş  direktoru, akademik Nailə Vəlixanlıya, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşova və şöbənin əməkdaşı Fuad Ağayevə xüsusi təşəkkürünü bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015