AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Könül dünyası” kitabının imza günü keçiriləcək
Okt 06, 2021 | 09:32 / Yeni nəşrlər
Oxunub 58 dəfə

6-10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanın dahi şair və mütəffəkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçiriləcək. Sərginin keçiriləcəyi 5 gün ərzində kitab təqdimatları və müzakirələri, yerli, xarici yazıçı və şairlərlə görüşlər təşkil olunacaq.

Həmçinin sərgidə Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Könül dünyası” kitabının imza günü keçiriləcək. Kitabda müəllifin “Füyuzat” jurnalında dərc olunan silsilə məqalələri oxuculara təqdim olunur.

İmza günü 10 oktyabr 2021-ci il tarixində saat 13:30-14:00-da zal 1, təqdimat zonası 2-də keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015