AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Beynəlxalq simpoziumun iştirakçıları Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Sen 27, 2021 | 09:18 / Mühüm hadisələr
Oxunub 102 dəfə

Sentyabrın 15-də AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin Ağdam İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium işinə başlayıb.

Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri də daxil olmaqla Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edir.

Tədbir çərçivəsində simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Tarixçi alimlər Ulu Öndərin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Toplantı iştirakçıları, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə gül dəstələri qoyublar.

Simpozium sentyabrın 16-da Ağdamda işini davam etdirəcək.

Qeyd edək ki, 3 gün davam edəcək simpoziumda iştirakçıların azad edilmiş ərazilərə səfərləri nəzərdə tutulur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015