AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutu Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirəcək
İyn 25, 2021 | 10:42 / Konfranslar, iclaslar
Oxunub 413 dəfə

Görkəmli türk şairi Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə 2021-ci il UNESCO tərəfindən “Yunus Əmrə İli” elan edilib. Bu münasibətlə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Mehmet Akif Ərsoy Vəqfi ilə birgə iyulun 16-da Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirəcək.

Beynəlxalq simpoziuma məruzələrin tezisləri “Yaşadığı dövrdən günümüzə Yunus Əmrə təsiri”, “Dünya ədəbiyyatında Yunus Əmrə”, “Yunus Əmrənin türk ədəbiyyatında yeri və önəmi”, “Türk yazı dilinin formalaşmasında Yunus Əmrənin rolu”, “Türk mədəniyyəti və Yunus Əmrə”, “Yunus Əmrə və təsəvvüf ədəbiyyatı”, “Yunus Əmrə və dil (dilçilik)”, “Yunus Əmrə və musiqi” mövzuları üzrə qəbul edilir.

Simpoziuma  məruzələrin tezisləri iyunun 26-dək qəbul edilir. İyunun 30-da qəbul edilən xülasələr elan ediləcək. Məruzələrin tam mətni isə çap olunmaq üçün avqustun 15-nə kimi sempozyumyunusemre@gmail.com ünvanına göndərilməlidir.

Simpoziuma məruzələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilir. Məruzələrin qəbulu ilə bağlı qaydalar Şərqşünaslıq İnstitutunun orientalstudies.az ünvanında dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015