AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa təşkil edilib
İyn 11, 2021 | 08:51 / Konfranslar, iclaslar
Oxunub 451 dəfə

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib.

Tədbiri müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq əməkdaşları əlamətdar gün münasibətilə təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindən biri olduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildəki tarixi qayıdışı ölkəni anarxiyadan və dağılmaqdan xilas etdi.

Sonra institutun şöbə müdirləri - t.e.d. Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, Günel Musayeva, Samirə Həbibbəyli, Gənc Alim  və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikada mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün əsasların yaradıldığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015