
“Mucəm əl-buldən” əsərində Azərbaycan və Qafqaz” kitabı işıq üzü görüb
Fev 08, 2021 | 05:25 / Yeni nəşrlər
Fev 08, 2021 | 05:25 / Yeni nəşrlər
Oxunub 66 dəfə
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “Mucəm əl-buldən” əsərində Azərbaycan və Qafqaz” adlı kitabı nəşr olunub.
Əsərdə orta əsr şəhərlərinin ziyalı mühiti və xilafət ölkələri ilə elmi-mədəni əlaqələr haqqında məlumat verilib. Kitab görkəmli ziyalılar, Azərbaycan və Qafqazın coğrafiyası, iqtisadi-siyasi, elmi-mədəni mühiti barədə dəyərli məlumatları ehtiva edir.
Sözügedən kitab muzeyin Elmi şurasının qərarı ilə dərc olunub. Əsərin elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.