AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İqtisad Elmləri üzrə Elmi Şuranın iclası keçirilib
Noy 04, 2020 | 10:19 / Maraqlı məlumatlar
Oxunub 58 dəfə

AMEA-nın İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın onlayn iclası keçirilib.

Şuranın sədri, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovun  sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiq edilib.

İqtisad Elmləri üzrə Elmi Şuranın yeni təyin olunmuş elmi katibi, i.f.d., dosent Yunus Sadıqov bildirib ki, iclasda bir necə ali təhsil müəssisələrinin fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alan 25 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilərək, onlardan 19-u təsdiqlənib, 6-sı isə qeydiyyata alınmayıb, həmin mövzulara növbəti iclaslarda təkrarən baxılması qərara alınıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015