AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Elm Tarixi İnstitutunun direktoru beynəlxalq konfransda iştirak edib
Noy 03, 2020 | 02:09 / Konfranslar, iclaslar
Oxunub 70 dəfə

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 26-30 oktyabr 2020-ci il tarixində Sankt-Peterburqdan təşkil olunan “Alim və epoxa” adlı 41-ci beynəlxalq illik elmi konfransda iştirak edib.

Rusiya Elmlər Akademiyası S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri namizədi Nadejda Aşeulovanın moderatorluğu ilə Rusiyanın tanınmış elm xadimləri N.I. Kareyeva və S.V. Kovalevskoyun anadan olmasının 170 illiyinə həsr olunan tədbir onlayn şəraitdə baş tutub.

Elm Tarixi İnstitunun direktoru Məryəm Seyidbəyli konfransın plenar iclasında çıxış edərək Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr olunmuş “Nəriman Nərimanov. Bioqrafiya səhifələri” mövzusunda məruzəsini təqdim edib.

Çıxışında N.Nərimanovun həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən institut direktoru onun nəcib, eyni zamanda maraqlı şəxsiyyətinin xarakterik cizgilərinə toxunub. M.Seyidbəyli bildirib ki, müasir Azərbaycan və sovet ittifaqı tarixində Nəriman Nərimanov ilk növbədə inqilabçı, görkəmli dövlət və partiya lideri kimi yadda qalıb. Eyni zamanda, onun həyatının və işinin ən vacib tərəfi Sovet Azərbaycanında tibbin – bir elm və səhiyyə sistemi kimi formalaşmasındakı böyük rol oynayan fəaliyyəti və təcrübəsi olub.

Məruzənin sonunda M.Seyidbəyli “1925-ci il martın 19-da, 55 yaşında, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanov heç bir səbəb olmadan vəfat etdi”, – deyə bildirir.

M.Seyidbəylinın REA S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri namizədi Nadejda Aşeulova ilə birgə çıxışında isə “E.V. Kazlovoy-Puşkarevoyun Azərbaycanda ornitoloji tədqiqatları” adlı məruzə təqdim olunub. Məruzədə Mərkəzi Asiyanın tanınmış səyyahlarının 1934, 1935 və 1937-ci illərdə Azərbaycanda Xəzər dənizi sahillərində və Qızılağac körfəzindəki qoruğun ərazilərində apardığı tədqiqatlardan bəhs olunub. 

Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnologiya Tarixi İnstitutunun Federal Dövlət Büdcə Elm Təşkilatının Sankt-Peterburq şöbəsinin, Rusiya Dövlət Elmlər Akademiyasının Federal Dövlət Büdcə Təşkilatı Sankt-Peterburq Elmi Mərkəzinin, Federal Dövlət Büdcə Təhsil Təşkilatı Sankt-Peterburq Mədənçilik Universitetinin, "Böyük Peter Sankt-Peterburq Politexnik Universiteti" Federal Dövlət Muxtariyyəti Yüksək Təhsil Təşkilatının, Federal Dövlət Büdcə Təhsil Təşkilatı "İmperator I Aleksandr Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti"nin, Rusiya Elmlər Akademiyası Arxivinin Sankt-Peterburq şöbəsinin, Rusiya Milli Elm və Texnika Tarixi və Fəlsəfəsi Komitəsinin Sankt-Peterburq şöbəsinın birgə təşkilatçılığıyla keçirilmiş tədbirdə MDB-nin və dünyanın müxtəlif ölkələrinin elm və təhsil qurumlarından iştirak edən alimlər fərqli mövzularda məruzələr təqdim ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015