AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimin məqaləsi Rusiyada nüfuzlu jurnalda dərc edilib
Okt 05, 2020 | 03:25 / Mühüm hadisələr
Oxunub 112 dəfə

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Nemətzadənin “Türk-islam miniatür sənətinin tarixi təşəkkül mərhələləri və üslubiyyatı” (“Исторические этапы становления и стилистика тюрко-исламского миниатюрного искусства”) adlı məqaləsi Rusiyada nəşr edilən Web of Science, Scopus və digər nüfuzlu beynəlxalq bazalara daxil olan “Voprosı istorii” jurnalında dərc edilib.

Məqalədə Türk-İslam miniatür sənətinin dünya mədəniyyəti tarixindəki yeri və rolu təsbit edilir, onun tarixi mərhələləri və üslublarından bəhs olunur.  Türk-İslam dövlətlərində fərqli və ortaq dəyərləri ilə inkişaf edən məşhur türk-İslam miniatür məktəbləri tədqiqatın əsas obyektidir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015