AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İqtisadiyyat İnstitutunun əməkdaşı inklüziv inkişaf üzrə beynəlxalq təlimdə iştirak edib
Sen 07, 2020 | 03:22 / Konfranslar, iclaslar
Oxunub 598 dəfə

AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov 31 avqust – 4 sentyabr tarixlərində Avstriyanın Birləşmiş Vyana İnstitutu və Beynəlxalq Valyuta Fondunun Peşəkar və Təşkilati İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “İnklüziv İnkişaf” beynəlxalq onlayn təlim kursunda iştirak edib.

Təlim kursunun keçirilməsində məqsəd iştirakçıların inklüziv artım anlayışını dərindən dərk etmələrinə kömək etmək, eləcə də makroiqtisadi siyasətin iqtisadi artıma, yoxsulluğa, bərabərsizliyə və iş yerlərinin açılmasına təsirini qiymətləndirmək, ölçmək və izləmək üçün onları analitik vasitələrlə təmin etməkdən ibarət olub.

Mühazirələrdə iştirakçılar uzunmüddətli artımın davamlılığına yönəlmiş inkluziv artımın əsas konsepsiyaları ilə tanış olublar. Məşğələlər isə bu konsepsiyaları praktikada tətbiq etmək və ayrı-ayrı ölkələrin təcrübələrinə əsaslanaraq inklüziv artım strategiyalarının işlənib hazırlanması barədə düşünmək imkanı verib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015