AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Beynəlxalq topluda akademik Nailə Vəlixanlı ilə müsahibə dərc edilib
Sen 02, 2020 | 03:33 / Müsahibələr, çıxışlar
Oxunub 96 dəfə

Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Форум плюс” toplusunda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə müsahibə dərc edilib.

“Birliyin ulduzları” mükafatının laureatları bölməsində “Bir alim üçün onun əsərlərinə təlabatın olması vacibdir” başlıqlı müsahibədə muzeyin ekspozisiya zalları, fondları və beynəlxalq əlaqələrindən söz açılıb. Bundan əlavə, qurumun 100 illik yubileyinə hazırlıq işləri, akademikin şərqşünaslıq və muzeyşünaslıq sahəsindəki elmi yaradıcılığı barədə oxucuya məlumat verilib.

Qeyd edək ki, akademik Nailə Vəlixanlı MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birliyin ulduzları” mükafatına layiq görülüb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015