AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan türk fəlsəfəsi tarixini araşdıranlar üçün dəyərli vəsait
Sen 02, 2020 | 03:22 / Yeni nəşrlər
Oxunub 92 dəfə

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı monoqrafiyasının ikinci hissəsi çapdan çıxıb.

Kitabın elmi redaktoru dosent Zeynəddin Şabanov, rəyçiləri isə professor Əlikram Tağıyev və dosent Müstəqil Ağayevdir.

Nəşrin bu hissəsində XX əsr Quzey Azərbaycan türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur.

Müəllif kitabda Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamət üzrə - milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq, marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik, həmçinin milli maarifçilik fəlsəfəsi: realizm və romantizm üzrə təhlil edib.

Vəsait Azərbaycan türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan türk fəlsəfəsinin ümumtürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Hazırda kitabın 3-cü hissəsi nəşrə hazırlanır.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015