AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın birinci vitse-prezidentinin xidmətinin elmi katibi Coşqun Məmmədovun Elm və həyat jurnalında “Alternativ və bərpa olunan enerji mənbələrinin imkanları”adlı məqaləsi dərc olunub
İyl 20, 2020 | 12:54 / Yeni nəşrlər
Oxunub 1393 dəfə

Məqalədə mövcud ənənəvi enerji mənbələrindən istifadə zamanı təbiətə və ətraf mühitə yönəlik mənfi təsirlər və yaranmış qlobal ekoloji problemlər qeyd edilmişdir.

Məqalədə həmçinin, respublikamızın zəngin karbohidrogen ehtiyatları ilə yanaşı özünün əlverişli coğrafi mövqeyi və təbii iqlim şəraiti hesabına kifayət qədər alternativ və bərpa olunan enerji ehtiyatlarına malik olduğu göstərilmişdir.

Eyni zamanda ölkə üzrə ümumi enerji istehsalının artımına nail olunması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji təchizatının şaxələndirilməsi məqsədilə normativ-hüquqi bazanın yaradılması, struktur təkmilləşdirilməsi, kompleks elmi-tədqiqatların aparılmsı və bir sıra görülmüş tədbirlərə də geniş yer ayrılmışdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015